Musiqi dünyasında süni intellektin istifadəsi sürətlə genişlənərkən Murat Dalkılıçdan gözlənilməz bir iddia səslənib.
Sfera.az xəbər verir ki, tanınmış pop müğənnisi həmkarını sərt şəkildə tənqid edərək səhnədə öz səsi əvəzinə süni intellektin yaratdığı səs yazısından istifadə etdiyini bildirib.
Dalkılıç paylaşımında belə yazıb:
“İndi çox yaxşı bir müğənni rolunu oynayan birini gördüm. Süni intellektin oxuduğu mahnını özü oxuyurmuş kimi davranırdı. Şərhlərə baxdım hamı bunu çox bəyənib. Ona görə ki, bunun süni intellekt olduğunu anlamayıblar. Məsələ bu nöqtəyə gəlib çatıb”.
Məlum olub ki, Dalkılıçın ittiham etdiyi müğənni İstanbulda keçirilən bir tədbirdə “Denize Doğru” mahnısını ifa edən Nikbinlerdir. Bu açıqlama musiqi dünyasında süni intellektin rolu və sənətçilərin bununla əlaqədar etik məsuliyyətləri haqqında yeni müzakirələri gündəmə gətirib.
Mənsumə
Sfera.az