Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova haqqında gözəl sözlər söyləyib.
Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkədəki paylaşımında xanımını tərifləyərək onun özəlliklərini vurğulayıb:
“Alyona həqiqətən möhtəşəm bir insandır. O, çox sakit təbiətli biridir. Mən isə bunun əksi olaraq daha da hərəkətliyəm. Amma o, bu fərqliliyi çox gözəl şəkildə balanslayır və mənə də bu mövzuda kömək edir”.
Müğənni illərdir ki, xoşbəxt sürən münasibətinin sirrini açıqlayıb:
"Alyona çox dürüst, mehriban və eyni zamanda ən kiçik detallar barədə belə diqqətlidir. Ən çox xoşuma gələn xüsusiyyəti isə odur ki, özünə qarşı həddindən artıq tərifə və ya nəzərə alına biləcək sözlərə heç vaxt imkan vermir. Ailəyə olan bağlılığı isə hər şeydən üstündür. O, əyləncə və gəzintiləri deyil, hər zaman ailə dəyərlərinə üstünlük verir. Mən bunu çox qiymətləndirirəm və hesab edirəm ki, məhz bu xüsusiyyətlər onu mənim üçün çox dəyərli edir və bu səbəbdən də illərdir birlikdəyik".
Qeyd edək ki, Emin və Alyona Ağalarovların nikahından Afina adlı bir qız övladları var.
Mənsumə
Sfera.az