Niderlandın milli futbol komandası dünya miqyasında “Narıncılar” ləqəbi ilə məşhur olsa da, bu seçimin mənşəyi və tarixi bir çoxları üçün hələ də maraq doğurur. Ölkənin rəsmi bayrağında qırmızı, ağ və mavi rənglər əks olunduğu halda, komandanın narıncı rənglə olan sıx bağlılığı bir çox insan üçün hələ də sirr olaraq qalır. 


 


Bəs nə üçün məhz narıncı?


 


Sfera.az xəbər verir ki, Niderlandın narıncı rəngə olan sevgisi sadəcə bir meyvə ilə əlaqəli deyil.


 


Bu rəng Avropa tarixinin ən qüdrətli sülalələrindən birinin adı ilə birbaşa bağlıdır. Sözügedən sülalənin adı holland dilində məhz “narıncı” mənasını verən “Oranje” soyadından qaynaqlanır. XVI əsrdə “Səssiz Uilyam” kimi tanınan Portağallı Uilyamın dövründə Niderlandın kral ailəsi – "Portağal-Nassau Evi" narıncı rəngini rəsmi milli simvol kimi qəbul edib. Bu rəng Niderlandın müstəqillik uğrunda apardığı mübarizələrin rəmzinə çevrilmiş və gələcəkdə milli qürurun ən parlaq əlaməti halına gəlmişdir.


 


Qeyd edək ki, komandanın dünya futbol səhnəsindəki ilk böyük debütü 14 aprel 1907-ci ildə Belçika ilə matçda baş tutub. Məhz həmin dövrdən etibarən Niderland futbolu “Narıncılar” kimi tanınmağa başlayıb və bu ləqəb qlobal miqyasda populyarlıq qazanıb. İngilis dilində “orange” sözünün həm meyvəni, həm də rəngi təmsil etməsi beynəlxalq mətbuatın bu komandaya “Narıncılar” ləqəbini verməsini daha da asanlaşdırıb. Bu gün Niderlandın dövlət bayrağı qırmızı, ağ və mavi rənglərdən ibarət olsa da, narıncı rəng hələ də ölkənin müstəqillik ruhunun və milli qürurunun sarsılmaz simvolu olaraq qalmaqdadır.


 


Mənsumə

Sfera.az