İran Hərbi Dəniz Qüvvələri ABŞ-yə məxsus esmineslərin Hörmüz boğazından keçməsinin qarşısının alındığını açıqlayıb.


 


Sfera.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumatda bildirilib ki, İslam Respublikasının dəniz qüvvələrinin qətiyyətli və çevik reaksiyası nəticəsində düşmən Amerika-sionist esmineslərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb.


 


Mayın 3-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalan gəmilərin müşayiəti üçün bazar ertəsi səhəri (Yaxın Şərq vaxtı ilə) “Azadlıq Əməliyyatı”na başlayacaq.


 


Onun sözlərinə görə, əməliyyat gəmilərin boğazdan təhlükəsiz şəkildə çıxarılmasına yönəlib. Tramp həmçinin bildirib ki, humanitar xarakter daşıyan bu prosesə hər hansı müdaxilə ediləcəyi təqdirdə ABŞ güc tətbiq edə bilər.


 


Niyaz Hacıyev


Sfera.az