Finlandiya Rusiya ilə sərhədə yaxın ərazilərdə hərbi mövqelər və istehkamlar qurur.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, Finlandiya Müdafiə Nazirliyi aprelin 29-da Finlandiya körfəzi akvatoriyasında və Kymenlaakso bölgəsində - Virolahti ilə Hamina-Kotka yaşayış məntəqələri arasında hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Təlimlər Rusiya sərhədinə yaxın zonanı əhatə edəcək.


 


Məlumata görə, Finlandiya Hərbi Dəniz Qüvvələrinin sahil müdafiə briqadasının şəxsi heyəti bu təlimlərə cəlb olunacaq.


 


Təlimlər iki mərhələdə baş tutacaq: mayın 4-dən 8-dək və mayın 17-dən 29-dək. Mayın 20-22-də isə döyüş atışlarının keçirilməsi planlaşdırılır. Rusiya Təhlükəsizlik Şurasının açıqlamasında qeyd olunub ki, təlimlər çərçivəsində sahil xəttində döyüş mövqeləri qurulacaq və istehkamlar inşa ediləcək. Həmin mövqelərin və qurğuların təlimlər başa çatdıqdan sonra da saxlanılacağı vurğulanıb. Məsələ ilə bağlı Finlandiya tərəfinin rəsmi reaksiyası hələlik açıqlanmayıb.


 


Firuzə Əliyeva


Sfera.az