Türkiyədə yaşayan bəzi məşhurlar evlilik təkliflərini fərqli və romantik şəkildə həyata keçiriblər. Kimi təklifi kağız torbasında gizlədib, kimi güllərlə bəzədib, bəzi məşhurlar isə hisslərini aysberq üzərində ifadə ediblər. 




Sfera.az maraqlı evlilik təkliflərini oxucularına təqdim edir.




Rəşad Strik və Qamze Özçelik




Bosniya-Avstraliya aktyoru Rəşad Strik 2024-cü ildə evləndiyi Qamze ilə tanışlığını belə izah edib: “Afrikada bir kəndə səfər etdim sonra Qamze həmin kəndə gəldi. Tanış olduq və xeyriyyə işlərinə başladıq. Mən ona aşiq oldum”.




Doğaç Yıldız və Başak Çoruha




Doğaç Yıldız sevgilisi Başak Çoruhaya evlilik təklifini Misirdə edib. Yıldız sosial mediada təklifini belə paylaşıb: "Əlbəttə ki, səninlə evlənəcəyəm, axmaq”, - deyə qeyd edib.




Sema Şimşek və Burak Hakkı




Sema Şimşek və Burak Hakkı “Best Model” yarışmasında tanışıb. Bir ildən sonra Burak Hakkı Semaya maşında evlilik təklifi edib.




Emre Altuğ və Çağla Şıkel




Müğənni Emre Altuğ model Çağla Şıkelə atasının məzarını ziyarət edərkən evlilik təklif edib. Şıkel dərhal “hə” deyib.




Fəttah Can və Cansu Kurtçu




Fəttah Can sevgilisi Cansu Kurtçuya yeddi dəfə evlilik təklifi edib. Yeddincidə “bəli” cavabını alan cütlük daha sonra evlənib.




Demet Akalın və Okan Kurt




Demet Akalın həyat yoldaşı Okan Kurtu altı ay ərzində evlənməyə inandırıb. Bir gün ona “Mənimlə evlənmək istəyirsən?”- deyə, Okan Kurt evlilik təklifi edib.




Okan Buruk və Nihan Akkuş




Futbolçu Okan Buruk keçmiş model Nihan Akkuşuna dənizdəki qayığında evlilik təklifi edib. Təklifin ardından boşansalar da o an cütlük üçün unudulmaz qalıb.


 


Mənsumə

Sfera.az