“Barselona” tezliklə ciddi transfer qərarı ilə üz-üzə qala bilər.
Sfera.az xəbər verir ki, belə ki, Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərinin braziliyalı futbolçu Rafinya üçün təxminən 90 milyon avro məbləğində təklif hazırladığı bildirilir. İspaniyanın “Marka” nəşrinin yaydığı məlumata görə, Səudiyyə klubları Kataloniya təmsilçisinin mövqeyini yoxlamağa hazırlaşır.
Təklif paketinə yalnız yüksək transfer məbləği deyil, həm də futbolçunun hazırkı qazancını xeyli üstələyəcək sərfəli şəxsi müqavilə də daxil ola bilər. Maliyyə çətinlikləri ilə üzləşən “Barselona” üçün bu təklif cəlbedici görünsə də, klub idman ambisiyalarını qorumaq niyyətindədir.
Digər tərəfdən, 29 yaşlı cinah oyunçusunun hazırda komandadan ayrılmaq istəmədiyi vurğulanır.
Qeyd edək ki, Rafinya 2025-ci ilin mayında klubla müqaviləsini 2028-ci ilə qədər uzadıb. Hazırkı vəziyyətdə transferin baş tutub-tutmayacağı “Barselona”nın maliyyə ehtiyacları ilə idman prioritetləri arasında verəcəyi qərardan asılı olacaq.
Niyaz Hacıyev
Sfera.az