“Paris Saint-Germain” klubu “Real Madrid”in ən dəyərli akademiya məzunlarından biri sayılan gənc müdafiəçi Joan Martinezi transfer etmək üçün İspaniya paytaxtına diqqətini yönəldib.
Sfera.az xəbər verir ki, məlumata görə, Fransa nəhəngi müdafiə xəttini yeniləmək və gələcək üçün gücləndirmək məqsədilə yeniyetmə futbolçuya ciddi maraq göstərir. Qeyd edək ki, PSJ rəhbərliyi Martinezi “müdafiə inqilabının lideri” kimi görür və onun transferi üçün danışıqlara başlamağı planlaşdırır.
Niyaz Hacıyev
Sfera.az