Braziliyanın Belo-Orizonti şəhərində kiçik təyyarə yaşayış binasına çırpılıb.




Sfera.az xəbər verir ki, bu barədə Reuters yerli rəsmilərə və yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

 


Göyərtəsində 5 nəfər olan təyyarə bazar ertəsi üçmərtəbəli yaşayış binasına çırpılıb.


 


Qəza nəticəsində pilot və ikinci pilot hadisə yerində ölüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 3 sərnişindən biri daha sonra dünyasını dəyişib. Digər 2 nəfərin xəstəxanada müalicəsi davam edir.






Bildirilir ki, təyyarə Pampulya hava limanından havaya qalxaraq San-Pauloya istiqamət alıb. Lakin uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.




Hadisə nəticəsində binada yaşayan sakinlərdən xəsarət alan olmayıb. Binanın konstruksiyasına ciddi ziyan dəymədiyi bildirilir.

 


Qəzanın səbəbi araşdırılır.