İngiltərə Premyer Liqasının növbəti turunda “Everton” doğma meydanda “Mançester Siti” ilə 3:3 hesablı heç-heçə edib.
Sfera.az xəbər verir ki, qarşılaşmada qonaq komandanın qollarını Ceremi Doku (43 və 90+7-ci dəqiqələr) və Erlinq Haland (83-cü dəqiqə) vurub. Meydan sahiblərinin heyətində isə Tierno Barri (68 və 81-ci dəqiqələr) və Ceyk O’Brayen (73-cü dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra “Mançester Siti” Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırıb (8 qələbə, 4 heç-heçə). Komanda 34 turdan sonra 71 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Lider “Arsenal” isə 35 oyundan 76 xal toplayıb.
“Everton” 48 xalla 10-cu sırada yer alır. Növbəti turda “Mançester Siti” mayın 9-da “Brentford”u qəbul edəcək. “Everton” isə mayın 10-da səfərdə “Crystal Palace”ın qonağı olacaq.
Niyaz Hacıyev
Sfera.az