Amerikalı televiziya ulduzu Kim Kardaşyan ciddi qalmaqalla gündəmə gəlib.
Belə ki, Kardaşyanın 6 yaşlı oğlu Saint oyun platformasında anasının köhnə şəxsi şəkillərinə rast gəlib. Uşaq anasının ağladığı və yayımlanmamış görüntülər iddiaları ilə bağlı şəkilləri gördükdən dərhal sonra ailəsinə məlumat verib.
Sfera.az xəbər verir ki, uşaqlarının bu cür məzmuna məruz qalmasına sərt reaksiya verən Kardaşyan məsələni hüquqi müstəviyə daşıyaraq vəkillərinə məsul şəxslərin cəzalandırılmasını təmin etməyi tapşırıb.
Hadisə ilə bağlı artıq məhkəmə prosesi başlayıb və ulduzun nümayəndələri onun ciddi şəkildə araşdırılacağını bildiriblər. Məlumata görə, Kardaşyan bu addımı ilə yalnız şəxsi həyatını deyil, həm də uşaqlarının təhlükəsizliyini qorumağı hədəfləyir. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər uşaqların onlayn məzmuna qarşı qorunmasının vacibliyini vurğulayıblar.
Mənsumə
Sfera.az