"Ata olmağı hər zaman arzu etmişəm. Kaş bu addımı 15 il öncə atardım”.
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev sosial media hesabında izləyicilərinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu vaxta qədər ailə qurmaq istəsə də, müəyyən səbəblərə görə bu baş tutmayıb:
"Ata olmaq mənim çoxdankı arzum idi. Ailə qurmaq da istəmişəm. Ailə quracağım insan qarşıma çıxmadı. Yalan deyə bilmərəm, həyatımda belə insanlar da olub. Amma sonradan anlamışam ki, onların məqsədi tam başqa olub".
Tarix Əliyev peşmanlığını da dilə gətirib:
"İndi qızım gözümün qabağında böyüyür, çox xoşbəxtəm. Hətta peşmanam ki, gərək bu addımı 10-15 il öncə atardım. Allah bütün övlad həsrəti çəkənlərə övlad qismət etsin. Onu həqiqətən də layiq olanlara versin. Çünki övlad çox şirin nemətdir.” \azxeber.com