Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilir.


 


Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.


 


Bildirilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan - Avropa İttifaqı əməkdaşlığı və dialoqunun əhəmiyyətini vurğulayır:


 


"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır".