İraq regionda gərginliyin artması fonunda Hörmüz boğazından xam neft daşımaq istəyən alıcılar üçün neft qiymətlərini kəskin şəkildə endirib.
Sfera.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. Məlumata görə, İraqın Dövlət Neft Marketinqi Təşkilatı (SOMO) may ayı üçün Basrah Medium xam neftinin rəsmi qiymətindən 33,4 dollara qədər endirim təklif edib.
Alıcılar xam neftin Hörmüz boğazından özləri daşınmasını təşkil etməlidirlər. Təklif olunan endirimlər Bağdadın qlobal neft bazarında davam edən risklər və məhdudiyyətlər fonunda ixracı stimullaşdırmaq istəyini əks etdirir. İraq əvvəllər anbarların dolub daşması və İran ətrafındakı münaqişənin yaratdığı Hörmüz boğazından ixracla bağlı problemlər səbəbindən neft hasilatını azaltmışdı.
Agentliyin məlumatına görə, bəzi təchizatlar Türkiyə ərazisindən keçən boru kəməri ilə daşınmağa davam edir, lakin onların həcmi dəniz daşımalarından xeyli aşağıdır.
Firuzə Əliyeva
Sfera.az