Ermənistan və Fransa iki ölkə arasında münasibətləri yeni müstəviyə daşıyan strateji tərəfdaşlıq sənədi imzalayıblar.




Sfera.az bildirir ki, sənədin imzalanması Fransa Prezidenti Emmanuel Makronun Yerevana rəsmi səfəri çərçivəsində baş tutub.




Ermənistan Baş nazirinin iqamətgahında keçirilən rəsmi mərasimdə sənədi Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar. İmzalanma mərasimi yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb.




Mərasim zamanı rəsmi olaraq "Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq quran sənəd imzalanır" elan edilib. Bu sənədin iki ölkə arasında hərbi, siyasi və iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcəyi gözlənilir.




Qeyd edək ki, Fransa son dövrlər Ermənistanın hərbi arsenalının yenilənməsi və Avropa İttifaqı ilə yaxınlaşması istiqamətində ən fəal dəstək verən dövlətlərdən biri kimi çıxış edir.




Bəsti Rəfizadə

Sfera.az