İngiltərənin "Çelsi" klubu baş məşqçi postu ilə bağlı yeni variantları dəyərləndirir.
Sfera.az xəbər verir ki, klub rəhbərliyinin, "Barselona"nın sabiq baş məşqçisi Xavini komandanın növbəti daimi çalışdırıcısı təyin etmək imkanlarını araşdırdığı bildirilir.
Qeyd edək ki, "Çelsi"də baş məşqçi Liam Rozeniorun istefasından sonra komanda yeni istiqamət axtarışındadır. Hazırda əsas komandaya müvəqqəti olaraq Kalum Makfarleyn rəhbərlik edir. Klubun yaxın zamanda yekun qərar verəcəyi gözlənilir.
Niyaz Hacıyev
Sfera.az