Rumıniyada Baş nazir İlue Bolojanın rəhbərlik etdiyi hökumət parlamentdən etimad rəyi ala bilməyərək istefaya göndərilib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamentində keçirilən səsvermə nəticəsində hökumətə qarşı irəli sürülən etimadsızlıq votumu qəbul edilib.


 


Səsvermənin nəticələrinə əsasən, lazımi dəstəyi qazana bilməyən Bolojan kabineti rəsmən süqut edib.


 


Məlumata görə, qərardan dərhal sonra Baş nazir İlue Bolojan vəzifəsindən kənarlaşdırılıb. Hazırda ölkədə yeni hökumətin qurulması və ya erkən seçkilərin keçirilməsi ilə bağlı siyasi məsləhətləşmələrə başlanılıb.


 


Qeyd edək ki, hökumətin süqutu ölkədəki iqtisadi və siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir.


 


Bəsti Rəfizadə

Sfera.az