ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi gərginlik və Amerika ordusunun əməliyyatları ilə bağlı diqqətçəkən bəyanatlar verib.




Sfera.az bildirir ki, radio aparıcısı Hyu Hevittə müsahibə verən Ağ Ev rəhbəri münaqişənin yekunlaşması üçün qısa zaman qaldığını vurğulayıb.




Trampın sözlərinə görə, ABŞ ordusu qarşıya qoyulan kampaniyanın əsas məqsədlərinə demək olar ki, nail olub:




"Məhv etmək istədiyimiz hədəflərin əksəriyyətini artıq sıradan çıxarmışıq. Hesab edirəm ki, tam yekun üçün bizə daha iki, bəlkə də üç həftə lazımdır. Lakin zaman bizim üçün müəyyənedici amil deyil, əsas nəticədir".




ABŞ lideri Tehranla münasibətlərdə iki çıxış yolunun olduğunu qeyd edib. O, Vaşinqtonun hər iki ssenaridə qalib tərəf olacağına əmindir:




"Bu və ya digər şəkildə biz qalib gələcəyik. Ya İranla düzgün bir razılaşma əldə edəcəyik, ya da asan hərbi qələbə qazanacağıq. Əslində, biz artıq qalib gəlmişik. Bunu dəfələrlə demişəmki, onların 159 gəmisi var idi, indi isə heç nəyi qalmayıb. Hamısı dənizin dibindədir. Bu gün onların qalan son 8 kiçik sürət gəmisini də məhv etdik".




Qeyd edək ki, rəsmi Vaşinqton İranın bölgədəki hərbi aktivliyinə qarşı sərt tədbirlərini davam etdirəcəyini bəyan edib. Hazırda regionda vəziyyət gərgin olaraq qalır.




Bəsti Rəfizadə

Sfera.az