İspaniyanın "Real Madrid" klubunun azarkeşləri fransız hücumçu Kiljan Mbappenin komandadan ayrılması tələbi ilə petisiya başladıb.
Sfera.az xəbər verir ki, "Actu Foot" portalının məlumatına görə, petisiya cəmi bir saat ərzində 70 mindən çox imza toplayıb. Hazırda imza sayı 142 mini keçib. Daha əvvəl Mbappenin komanda yoldaşları ilə münasibətlərinin pisləşdiyi bildirilib.
Bildirilir ki, "Real Madrid"in bir sıra futbolçuları fransız hücumçunun klubda xüsusi münasibətlə qarşılaşdığını düşünür. 27 yaşlı Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib. Bu mövsüm də eyni statistik göstəricilərlə çıxış edir. Fransalı futbolçu "Real Madrid"lə İspaniya Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
O, həmçinin Fransa millisi ilə dünya çempionu olub və Millətlər Liqasının qalibi adını qazanıb.
Niyaz Hacıyev
Sfera.az