1997-ci ilin avqustunda Paris şəhərində baş verən avtomobil qəzası dünya ictimaiyyətini sarsıdan ən böyük faciələrdən biri kimi tarixə düşüb. Qəza nəticəsində Böyük Britaniyanın sevilən siması, “xalqın şahzadəsi” kimi tanınan Şəhzadə Diana həyatını itirib.




Sfera.az xəbər verir ki, hadisə baş verən gecə Diana avtomobildə olarkən paparassilərin təqibindən yayınmağa çalışdığı bildirilirdi.


 


Qəzanın detalları uzun müddət müzakirə mövzusu oldu və müxtəlif versiyalar irəli sürüldü. Rəsmi araşdırmalar isə hadisənin qəza olduğunu təsdiqlədi.




1961-ci ildə dünyaya gələn Diana Frances Shand Kydd 1981-ci ildə III Çarlz ilə evləndikdən sonra kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən birinə çevrildi. O, sadəliyi, səmimiliyi və insanlara yaxınlığı ilə qısa zamanda milyonların sevgisini qazandı.




Şahzadə Diana xüsusilə humanitar fəaliyyəti ilə seçilirdi. O, QİÇS xəstələrinə qarşı stereotiplərin aradan qaldırılması, mina qurbanlarına dəstək və müxtəlif xeyriyyə təşəbbüsləri ilə beynəlxalq səviyyədə nüfuz qazanmışdı.




Onun Şahzadə Uilyam və Şahzadə Harri adlı iki oğlu var.  Diananın vəfatı ilə bağlı xəbərin yayılması dünyanın müxtəlif ölkələrində geniş əks-səda doğurdu. Milyonlarla insan onun xatirəsini yad etmək üçün küçələrə axışdı, Bukingem sarayının qarşısı isə çiçəklərlə örtüldü.




Fidan Hacızadə

Sfera.az