Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərgin vəziyyəti və Hörmüz boğazındakı kritik durumu müzakirə etmək üçün iranlı həmkarı Məsud Pezeşkianla yenidən əlaqə saxlamağa hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.
Fransa lideri bildirib ki, telefon danışığı yaxın vaxtlarda baş tutacaq:
"Tezliklə İran prezidentinin xahişi ilə onunla danışmaq niyyətindəyəm. Lakin müzakirə edəcəyimiz mövzuların detalları barədə jurnalistlərə əvvəlcədən geniş məlumat verməyəcəm".
E.Makron Fransanın rəsmi mövqeyini bir daha xatırladaraq, bölgədə sürətli atəşkəsin və Hörmüz boğazında gəmiçiliyin heç bir "rüsum və məhdudiyyət olmadan" bərpa edilməsinin vacibliyini vurğulayıb. O, ticarət gəmilərinə və üçüncü ölkələrə hücumları sərt şəkildə pisləyib:
"Bu cür addımlar müharibəni alovlandıran və eskalasiyaya səbəb olan böyük bir səhvdir".
Bəsti Rəfizadə
Sfera.az