"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə zədəsini sağaldıb.


 


Sfera.az oxu.az-a istinadən xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb.


 


Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.


 


Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.