Bu gün, 5 may, əfsanəvi Britaniya müğənnisi Adelin 38 yaşı tamam olur. Həyatı boyunca o, musiqi siyahılarını fəth edib, filmlərdə rol alıb və görünüşü ilə böyük təcrübələr aparıb.




Sfera.az milyonlarn sevimlisi, 45 kq dəyişimi ilə minlərlə qadının motivasiya simvoluna çevrilən Adel haqqında maraqlı yazı təqdim edir.


 


 38 yaşlı Adel Londonda anadan olub. 4 yaşında Adel “Spice Girls” və “Destiny's Child” qrupuna heyran qalaraq mahnı oxumağa və musiqi ilə maraqlanmağa başlayıb. Onun həyatında digər bir əlamətdar hadisə müğənni Pinkin 14 yaşında qatıldığı çıxışı idi.


 


2007-ci ildə Adel həcmli paltarlar, qısa saçlar və yanlara daranmış kəkilləri ilə məşhur idi. 2010-cu illərin əvvəllərində Priscilla Presley üslubunda həcmli saç düzümləri etməyə başladı.


 


Sonralar altı “Qremmi” mükafatı qazanan Adel bu qədər mükafat qazanan ilk qadın sənətçi olub. 


 


2015-ci ildə sənətçi nəzərəçarpacaq dərəcədə arıqladı. O vaxtlar o, keçmiş əri Simon Konecki ilə münasibətdə idi, 2012-ci ilin oktyabrında dünyaya gələn oğlu Angelonu böyüdür və yeni albomu "25" üzərində işləyirdi.


 


Əvvəllər sağlamlıq problemlərini əsas gətirərək arıqlamaq istəyən Adel əvvəlcə siqareti tərgitdi və idmanla məşğul olmağa başladı.


 


2019-cu ildə Konecki ilə çətin boşanmadan sonra ulduz depressiya və alkoqol asılılığını aradan qaldırmaq və normal bir həyat sürməyə davam etmək üçün özündə güc tapdı. O, idmanla məşğul oldu, xeyli arıqladı və yeni bir sevgisi - idman agenti Riç Pol ilə tanış oldu.


 


Lakin, 190 milyon dollarlıq sərvətini bölüşmək və oğlunun birgə qəyyumluğuna razılaşmaq üçün bir vəkil komandası işə götürməli oldu.


 


Bütün bunlar baş verərkən, Adel sərt bir pəhriz saxladı və idman etdi ki, bu da ona 45 kiloqram arıqlamağa imkan verdi.


 


Xüsusilə, Adel çiy qidalar - alma, sitrus meyvələri, qoz, xurma, qaragilə, cəfəri, yaşıl çay, soya, çiyələk və sair yeməyə çalışdı.


 


Bir oğul böyüdən müğənni daha çox uşaq sahibi olmaq niyyətini gizlətmir. Hazırda idman agenti Riç Pol ilə münasibətdədir. Onların nişanlanması barədə şayiələr 2023-cü ilin fevral ayında yayılıb. Çox güman ki, həmin ilin yayında evləniblər. Adel daha sonra  Şou proqramların birində yeni rəsmi nigahını təsdiqləyib.


Musiqidən əlavə, sənətçi gözəllik biznesi qurub və öz kosmetika xəttini yaradıb.


 


2021-ci ildə Adel “30" albomunu buraxaraq dünya miqyasında uğur qazandı və 24 ölkədə siyahılarda birinci yeri tutdu.


 


Həmin ilin 30 noyabrında Adel 21 yanvar - 16 aprel 2022-ci il tarixləri arasında keçiriləcək "Weekends with Adele" adlı Las Vegas turunu elan etdi.


 


2023-cü ilin fevral ayında sənətçi yeddi nominasiya qazanaraq 65-ci “Qremmi” Mükafatlarına qatıldı. O, "Easy on Me" mahnısı ilə "Ən Yaxşı Pop Solo Performansı" mükafatını qazandı.


 


"Easy on Me" musiqi videosu 424 milyondan çox baxış sayına malikdir.




2026-cı ildə isə Adel Tom Fordun bu payızda çıxması planlaşdırılan "Cry to Heaven" tarixi dramında aktyorluq debütünü etdi.


 


Aynil