Ukraynanın Kramatorsk şəhərində Rusiya qüvvələrinin həyata keçirdiyi bombardman nəticəsində azı 5 nəfər həyatını itirib.


 


Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.


 


Zelenski bildirib ki, zərbə şəhərin mərkəzinə, mülki insanların olduğu əraziyə endirilib. Onun sözlərinə görə, hazırda azı 5 nəfər yaralanıb və xilasetmə əməliyyatları davam edir. Prezident həlak olanların ailələrinə başsağlığı verərək, ölənlərin sayının arta biləcəyini istisna etməyib.


 


Hadisə yerində xilasedicilər və tibb işçiləri fəaliyyət göstərir.


 


Bundan əlavə, Zaporojye vilayətində də Rusiya hücumları nəticəsində 12 nəfərin öldüyü bildirilir. Məlumatı vilayət administrasiyasının rəhbəri İvan Fedorov Teleqram kanalında paylaşıb.


 


Onun sözlərinə görə, hücumlar zamanı azı 16 nəfər xəsarət alıb, bir neçə müəssisə isə idarə olunan aviabombalarla vurulub./globalinfo