“Met Gala 2026”nın bu ilki həmsədri müğənni Beyons olub. O, 14 yaşlı qızı Blue Ivy Carter ilə birlikdə qırmızı xalçada görülüb.
Sfera.az bildirir ki, bu, gənc ulduzun ən nüfuzlu moda tədbirindəki debütü olub və əsl ailəvi stil bayramına çevrilib.
Blue Ivy Carter tədbirə krem rəngli donla, uyğun gödəkçə, günəş eynəyi və gümüşü parıldayan dabanlı ayaqqabıda qatılıb. O, həm tək, həm də valideynləri ilə poza verərək qırmızı xalçanı inamla fəth edib. Məşhur moda jurnalı “Vogue” yazır ki, uşaqlıqdan bəri stil ikonası hesab edilən və "Kovboy Karter" turu zamanı anası ilə səhnəyə çıxdıqdan sonra bu, Blue Ivy Carterdən gözlənilən bir addım idi.
Bir müsahibədə Beyons axşamın onun üçün xüsusi olduğunu etiraf edib:
"Qızım burada olması yuxu kimidir. Çox gözəl görünür. Bunu onunla bölüşmək inanılmazdır." Aparıcı əlavə edib ki, Blue Ivy ona qırmızı xalçada poza vermək sənətini öyrədə bilər və müğənni gülümsəyərək: "O, hazırdır” -deyib.
Beyonsun sözlərinə görə, bu axşamı qızının gözü ilə yaşamaq fürsəti on ildən sonra ilk dəfə onun üçün “Met Gala”nı daha da emosional və unudulmaz edib.
Aynil