Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Babayev Şakir Camal oğlu səhhətində yaranmış problemlərlə əlaqədar vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə xəstəxandan məlumat verilib.


 


Qeyd edək ki, Şakir Babayev 20 iyul 1956-cı ildə İmişli rayonu, Əliqulular kəndində anadan olub. 1978–1984-cü illərdə Azərbaycan Tibb Universitetinin cərrahiyyə fakültəsində ali təhsil alıb, 1984–1985-ci illərdə Respublika Klinik Xəstəxanasında internatura keçərək peşəkar həkim kimi formalaşıb.


 


O, 1985–1988-ci illərdə Hadrut Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışıb, 1989-cu ildən etibarən isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ümumi cərrah kimi fəaliyyətini davam etdirib.


 


Allah rəhmət eləsin!