Kriştiano Ronaldonun nişanlısı Georgina Rodriges “Met Gala 2026”-da seçimi ilə diqqət mərkəzinə düşüb.


 


Sfera.az xəbər verir ki, “Moda Sənətdir” mövzusu altında keçirilən gecədə ispaniyalı model və sosial media ulduzu toy geyimi üslubunda və ailə mövzulu zərgərlik əşyaları ilə qonaqların gözləntilərini doğruldub. Rodriges “Met Gala” öncəsi keçirilən tədbirdə qara atlaz geyimdə görünüb, lakin əsas gecədə mavi gəlinlikdə qırmızı xalçaya çıxması  heyrət doğurub.


 


Onun seçimi krujeva çiçəkli libas, düz kəsimli uzun ətək və şəffaf örtüyü olan buz mavi ipək don olub. Rodriges bu görünüş üçün fransız dizayner Ludovic de Saint Sernin ilə əməkdaşlıq edib. 


 


“Met Gala”da ən diqqətçəkən zərgərlik əşyası Georginanın nişan üzüyü olub. Mütəxəssislərin hesablamalarına görə, üzüyün mərkəzindəki brilyant təxminən 2 santimetr uzunluğundadır və qiyməti 10-24 milyon manat arasında dəyişir. Bəzi ekspertlər isə onun dəyərinin 12 milyon manatdan az olmadığını bildiriblər.


 


Georginanın əlindəki digər diqqətçəkən aksesuar isə xüsusi hazırlanmış lüks təsbehdir. Böyük qiymətli daşlarla bəzədilmiş bu əşyanın mərkəzində ailə üzvlərinin adları həkk olunub: Georgina, Cristiano, Cristiano Jr., Eva, Mateo, Alana Martina, Bella Esmeralda və Angel.


 


Medalyonun digər tərəfində parıldayan daşlarla əhatə olunan Məryəm Ana fiquru, alt tərəfində isə böyük ağ mirvari və daşlarla bəzədilmiş xaç yer alıb. Xatırladaq ki, 32 yaşlı Georgina Kriştiano Ronaldo ilə 2025-ci ilin avqust ayında nişanlanıb. Onların tanışlığı isə Gucci mağazasında başlayıb və bu cütlüyün sevgi hekayəsinin başlanğıcı olub.


 


Mənsumə


Sfera.az