"Süni intellektin musiqi sənayesinə vurduğu ziyan ciddidir".




Sfera.az xəbər verir ki, bunu Musiqi Müəllif Hüquqları Sahibləri Assosiyasının (MSG) Direktorlar Şurasının sədri olan Ferhat Göçer bildirib.




“Süni intellekt musiqi biznesini zədələyəcək dəhşətli bir vəziyyətə doğru gedir. Qanunlarda dəyişiklik edilməlidir. Süni intellektin təqlid etdiyi əsərlərin müəllif hüquqlarını qorumaq istəyirik. Dünya üzrə bir il ərzində 8 milyard dollara qədər dəyər itkisi baş verib. Hazırda hər 10 musiqiçidən yalnız ikisi musiqi yaratmaqla dolanışığını təmin edə bilir”, – deyə o vurğulayıb.




Müğənni, eyni zamanda Dünya Kubokunda iştirak edəcək Milli Komanda üçün hazırlanacaq himn barədə də fikirlərini bölüşüb:




“Hər kəs milli komandanın himninin milyonlarla insan tərəfindən oxunmasını arzulayır. Bu Futbol Federasiyası ilə birlikdə planlı şəkildə edilməlidir. Hadisə tabloid materialına çevrilməməlidir. Əlbəttə ki, mahnını yeni nəsildən kimsə yazmalıdır. Amma biz çox gecikmişik”.


 


Mənsumə

Sfera.az