ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə uşaqlarla görüş zamanı verdiyi şərhlər sosial mediada geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, görüş zamanı Tramp voleybol oynadığını bildirən balaca qıza maraqlı bir sual verib:
“Bu boyda topu sıçrada bilərsənmi? Hündürə tullana bilərsənmi?” Qız sakitcə “Əslində yox” cavabını verib. Prezident isə buna “Futbol daha yaxşı ola bilər”–, deyə əlavə edib. Balaca qızın sakit və hörmətcil davranışı izləyicilər tərəfindən xüsusilə diqqətəlayiq hesab olunub.
Lakin Trampın sözləri, xüsusən də balaca qızın fiziki xüsusiyyətlərinə yönəlmiş şərhləri sosial media platformalarında geniş ajiotaj yaradıb. İstifadəçilər arasında fikir ayrılığı da yaranıb: bəziləri Trampın şərhlərini “lazımsız” və “təhqiramiz” adlandırıb, digərləri isə bunu zarafat və yüngül üslub kimi qiymətləndirib.
Oval Ofisdə baş verən hadisənin görüntüləri qısa müddət ərzində milyonlarla dəfə izlənilib. ABŞ prezidentinin uşaqlarla bu cür dialoqu, xüsusilə sosial mediada gündəm yaratması siyasətçilərin davranışlarının ictimaiyyət tərəfindən necə qəbul olunduğunu bir daha göstərdi.
Mənsumə
Sfera.az