ABŞ Prezidenti Donald Trmp İranla bağlı həyata keçirilən “Epik Qəzəb Əməliyyatı”nın gələcək taleyinə aydınlıq gətirib.




Sfera.az xəbər verir ki, dövlət başçısı bildirib ki, əgər İran ilə razılaşma əldə olunarsa, sözügedən əməliyyat dayandırılacaq.




Onun sözlərinə görə, hazırda tərəflər arasında müəyyən müsbət siqnallar müşahidə olunur və danışıqların nəticə verəcəyi istisna edilmir. Donald Tramp vurğulayıb ki, əsas məqsəd gərginliyin azaldılması və yekun razılaşmanın əldə edilməsidir.




Prezident əlavə edib ki, razılaşma əldə olunacağı təqdirdə, “Epik Qəzəb Əməliyyatı” tam şəkildə başa çatdırılacaq və bölgədə sabitliyin təmin olunmasına yönəlik yeni mərhələyə keçiləcək.




Bəsti Rəfizadə

Sfera.az