Məşhur aktrisa Pelin Karahan “Kavak Yelləri” serialındakı dəfn səhnəsinin onun üzərində uzunmüddətli təsir buraxdığını açıqlayıb. 2007-2011-ci illər arasında yayımlanan və serial aktyor heyətinə böyük şöhrət qazandırıb.
Sfera.az xəbər verir ki, serialda Aslı obrazını canlandıran Karahan “YouTube”da yayımlanan “Masa Alakart” proqramında etiraf edib ki, “diri-diri basdırıldığı” səhnə zamanı panik atak keçirib. Aktrisa deyib:
“Üstümə yaş torpaq atdılar və rejissor nəfəsinizi tutun dedi. Torpağın ağırlığından barmağımı belə qaldıra bilmədim. Ertəsi gün terapiyaya başladım”.
O əlavə edib ki, serialdakı dramatik səhnələr psixologiyasına mənfi təsir göstərib:
“Serialda onsuz da çoxlu dramatik səhnələr var idi. Psixologiyam zədələnib”.
Qeyd edək ki, Karahan ötən həftə 12 illik həyat yoldaşı Bedri Güntaydan ayrılıb. İki uşaq sahibi olan cütlük birgə açıqlama verərək evliliklərinə qarşılıqlı razılıq əsasında son qoyduqlarını bildiriblər.
Mənsumə
Sfera.az