İran tərəfi iki aydan çoxdur davam edən müharibəni dayandırmaq üçün ABŞ-nin irəli sürdüyü sülh təklifini nəzərdən keçirir.
Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi İSNA agentliyinə açıqlamasında bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, rəsmi Tehran sənədlə bağlı öz mövqeyini yaxın vaxtlarda vasitəçi tərəf olan Pakistan vasitəsilə qarşı tərəfə çatdıracaq.
Xatırladaq ki, məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp artıq sərt xəbərdarlıq edib. Ağ Ev rəhbəri bildirib ki, əgər Tehran təklif olunan razılaşmanı qəbul etməsə, ABŞ İrana qarşı bombardmanları atəşkəsdən əvvəlki dövrlə müqayisədə çox daha yüksək səviyyədə və intensivliklə bərpa edəcək.
Qeyd edək ki, tərəflər arasında iki aydan çoxdur davam edən hərbi əməliyyatlar regionda gərginliyi pik həddə çatdırıb. Pakistanın vasitəçiliyi ilə həyata keçirilən bu diplomatik gedişin müharibəni dayandırıb-dayandırmayacağı isə Tehranın verəcəyi cavabdan asılı olacaq.
Bəsti Rəfizadə
Sfera.az