Rusiyanın Omsk vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.




Sfera.az xəbər verir ki, hadisə vilayətin Koşkaryovo kəndi yaxınlığında baş verib.

 


Məlumata görə, “Aeroprakt-22” tipli yüngül mühərrikli təyyarə meşə yanğınlarının monitorinqini həyata keçirərkən qəzaya uğrayıb.

 


İlkin məlumata əsasən, aviaqəza nəticəsində 2 nəfər həlak olub.




Təyyarənin Rusiyanın bir neçə regionunda aviasiya işləri və personal hazırlığı ilə məşğul olan “Aviabaza” şirkətinə məxsus olduğu bildirilir.

 


Hadisənin səbəbləri araşdırılır.