Gəncə şəhərində kütləvi davanın və bir nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatı bilinib.


 


Sfera.az xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.


 


2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.


 


Faktla bağlı araşdırma başlanılıb.


 


***

19:26


Gəncədə bıçaqlanma faktı qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.


 


İlkin məlumata görə, 2003-cü il təvəllüdlü İsbi Əhmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, hadisənin səbəbləri araşdırılır./teleqraf