ABŞ Prezidenti Donald Tramp may ayının ortalarında Çinə səfərindən əvvəl ABŞ və İranın razılığa gələ biləcəyini bildirib.


 


Sfera.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.


 


"Mümkündür, bəli",- o deyib.


 


ABŞ Prezidenti əlavə edib ki, prosesin başa çatması üçün çox yaxşı şans var: "Razılaşmasalar, onları amansızcasına yenidən bombalamağa başlamalı olacağıq. Bu qədər sadədir"./teleqraf