ABŞ prezidenti Donald Tramp ümid edir ki, ABŞ və İran iki ölkə arasında silahlı münaqişəyə son qoymaq üçün bir həftə ərzində memorandum imzalayacaqlar.
Sfera.az xəbər verir ki, bu barədə Amerika lideri ilə telefonla danışan “Fox News” aparıcısı Bret Bayer bildirib.
Jurnalist Ağ Ev rəhbərinin “ehtiyatla nikbin" olduğunu qeyd edib.
Trampa müqavilənin imzalanma müddəti barədə sual verən Bayer "O, hər şeyi bitirmək üçün bir həftə vaxt verir"-deyə bildirib.
6 mayda KİV ABŞ və İran arasında sülh müqaviləsinin təfərrüatları ilə bağlı danışıqların Pakistanda və ya İsveçrədə keçirilə biləcəyini bildirib. Medianın məlumatına görə, ABŞ müharibəyə son qoymaq üçün İranla razılığa yaxındır. Vaşinqton İrandan bir səhifəlik, 14 bəndlik anlaşma memorandumunun əsas məqamları üzrə 48 saat ərzində cavab gözləyir. Bu sənəd hərbi əməliyyatların dayandırılmasını və 30 günlük danışıqların başlanmasını tələb edəcək.
Aprel ayının sonlarında Trampla telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin Rusiyanın "böhranın dinc yolla həlli üçün diplomatik səylərə hərtərəfli dəstək" göstərməyə qəti sadiq olduğunu bildirib. O, həmçinin Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı mövcud fikir ayrılıqlarının həlli üçün bəzi fikirlərini bölüşüb.
Xatırladaq ki, daha əvvəl ABŞ İranla münaqişədə ölkə üçün heç bir əlverişli nəticənin olmadığını bildirmişdi.
Aynil