Fransanın “Paris Saint-Germain” komandası UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Almaniyanın “Bayern Munich” klubu ilə 1:1 hesablı heç-heçə edərək finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Münhendə keçirilib. Oyunda hesabı qonaq komandanın hücumçusu Ousmane Dembele üçüncü dəqiqədə açıb. Ev sahiblərinin hücumçusu Harry Kane isə əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində fərqlənib. İlk görüşdə Paris təmsilçisi 5:4 hesablı qələbə qazandığından, iki oyunun nəticəsinə əsasən finala yüksələn tərəf PSJ olub.
Fransa klubu həlledici görüşdə İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. Final matçı mayın 30-da Budapest şəhərində keçiriləcək. PSJ-nin gürcüstanlı yarımmüdafiəçisi Khvicha Kvaratskhelia isə Çempionlar Liqasının pley-off mərhələsində ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, UEFA Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri hesab olunur. Turnirin ən çox qalibi isə 15 titulla İspaniyanın “Real Madrid” klubudur.
Niyaz Hacıyev
Sfera.az