Astrologiyaya maraq göstərənlər üçün ən çox müzakirə olunan mövzulardan biri də bürclərlə maliyyə uğuru arasındakı əlaqədir. İnanclara görə, bəzi bürclər var ki, sanki pulu maqnit kimi özünə çəkir, qazanc əldə etməkdə və onu artırmaqda digərlərinə nisbətən daha uğurlu olur.




Sfera.az bu dəfə həmin “şanslı” bürcləri təqdim edir:




Buğa




Torpaq ünsürünə aid olan Buğa bürcü maddi sabitliyi hər şeydən üstün tutur. Onlar pul qazanmağı da, onu qoruyub saxlamağı da yaxşı bacarır. Risk etməyi sevməsələr də, düzgün planlama sayəsində zamanla ciddi kapital toplaya bilirlər.




Oğlaq 




Oğlaqlar zəhmətkeşliyi və səbrli yanaşması ilə seçilir. Onlar üçün uğur təsadüf deyil, planın nəticəsidir. Uzunmüddətli hədəflər qoyan Oğlaq bürcü nümayəndələri addım-addım irəliləyərək maliyyə zirvəsinə çatmağı bacarır.




Əqrəb 




Əqrəblər riskləri düzgün qiymətləndirməyi bacaran nadir bürclərdəndir. Onlar investisiya və maliyyə qərarlarında soyuqqanlı davranaraq qazanc əldə etməyi bacarır. Gizli imkanları görmək və onlardan istifadə etmək onların əsas üstünlüklərindəndir.




Şir 




Şir bürcü diqqət mərkəzində olmağı sevdiyi kimi, böyük qazanclar əldə etməyə də meyllidir. Onlar özlərinə inanır və bu inam çox vaxt maliyyə uğuruna çevrilir. Liderlik qabiliyyətləri sayəsində yüksək gəlirli mövqelərə yüksələ bilirlər.




Qız 




Qız bürcü nümayəndələri xırdalıqlara diqqət etməklə maliyyə itkilərinin qarşısını alır. Onlar planlı və intizamlı olduqları üçün gəlirlərini düzgün idarə edir və yığımı artırmağı bacarırlar.




Astroloqlar hesab edir ki, maliyyə uğuru təkcə bürcdən asılı deyil. Şəxsi keyfiyyətlər, zəhmət və düzgün qərarlar da ən az ulduzlar qədər önəmlidir. Buna baxmayaraq, bəzi bürclərin doğuşdan gələn xüsusiyyətləri onların pul qazanmaq və onu artırmaq yolunda bir addım öndə olmasına səbəb olur.




Bəsti Rəfizadə

Sfera.az