ABŞ-nin “Fox” televiziya kanalı və Indeed iş axtarış platforması 50 min dollar maaşla “Dünya Kubokunun əsas izləyicisi” vəzifəsi üçün vakansiya elan edib.
Sfera.az xəbər verir ki, “Fox Sports”un marketinq üzrə prezidenti Robert Qotlieb bildirib ki, FIFA Dünya Kuboku seçmə prosesi tarixi yanaşma tələb edən böyük turnirdir. Onun sözlərinə görə, seçiləcək namizəd futbolun bütün hekayələrini, komandalarını və ən həyəcanlı anlarını yaxından izləmək və bu prosesin bir parçası olmaq imkanı qazanacaq.
Vakansiya üzrə qəbul olunacaq şəxsin əsas vəzifələrinə turnir çərçivəsində keçiriləcək 104 oyunun hamısını izləmək, müxtəlif məzmunlar hazırlamaq və Nyu-Yorkdakı Tayms Meydanında yayımlanan oyunlarla bağlı tədbirlərdə iştirak etmək daxildir.
Qeyd edək ki, Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az