“Mundo Deportivo” nəşrinin məlumatına görə, “Real Madrid”in prezidenti Florentino Peres portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə onun Madrid klubuna mümkün qayıdışı ilə bağlı danışıqlar aparıb.


 


Sfera.az xəbər verir ki, görüş videokonfrans vasitəsilə keçirilib və təxminən bir saat davam edib. Məlumata əsasən, Mourinyo “Real Madrid”ə qayıtmaq ehtimalını istisna etməsə də, hələlik qəti qərar verməyib. Təcrübəli mütəxəssis klub qarşısında bir sıra şərtlər irəli sürüb. Qeyd olunur ki, bu şərtlər maliyyə məsələləri ilə deyil, idman, tibbi, təşkilati və intizam sahələri ilə bağlıdır.


 


Bildirilir ki, Florentino Peresin gələn həftə bu məsələlərlə bağlı yekun mövqeyini açıqlaması gözlənilir. Xatırladaq ki, 63 yaşlı Joze Mourinyo 2010–2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionu olub, həmçinin İspaniya Kuboku və Superkubokunu qazanıb. Portuqaliyalı mütəxəssis 2025-ci ilin sentyabrından etibarən “Benfika”nın baş məşqçisidir.


 


Niyaz Hacıyev


Sfera.az