Los-Anceles məhkəməsi Miraval mülkü və əlaqəli biznes tərəfdaşlığı ilə bağlı mübahisədə Ancelina Colinin xeyrinə qərar verib.
Hakim Cini Panuko Bred Pittin keçmiş həyat yoldaşının şəxsi yazışmalarına daxil olmaq tələbinin rədd olunduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, qərara görə, mesajlar “vəkil-müştəri məxfiliyi” çərçivəsində qorunur və Pitt bunu pozmaq üçün yetərli hüquqi əsas göstərməyib.
Colinin vəkili Pol Merfi məhkəmənin qərarını “hüquqi ədalət nümunəsi” kimi qiymətləndirib. Pitt isə mübarizəni davam etdirmək niyyətindədir. Məlumatlara görə, Pitt yetkin uşaqları Maddox, Pax və Zahara ilə demək olar ki, ünsiyyət qurmur. Kiçik uşaqlar Şiloh, Noks və Vivienne ilə görüşləri isə hüquqi qaydalar çərçivəsində məhduddur. Son dövrlərdə 18 yaşına çatan Şiloh atasının soyadını dəyişərək “Jolie”, Vivienne isə teatr proqramlarında “Jolie” soyadını istifadə edib.
Bred Pitt və Ancelina Coli arasındakı ailə problemləri 2016-cı ildə şəxsi təyyarə səfəri zamanı baş verən iddia edilən zorakılıq hadisəsindən qaynaqlanır. Pitt iddiaları rədd etsə də, ailədə münasibətlər hələ də gərgindir və o, uşaqlarının qərarlarına hörmət edir.
Mənsumə
Sfera.az