“Kanal D”nin məşhur serialı “Uzak Şehir” mövsüm finalına az qalarkən iki əsas aktyorla vidalaşır.
Sfera.az xəbər verir ki, Şahin Albora obrazını canlandıran Alper Çankaya mövsümün sonunda serialdan ayrılacaq.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, aktyor layihədən öz istəyi ilə gedəcək.
Eyni zamanda, Boran Praktoru obrazı ilə diqqət çəkən Burç Kümbetlioğlu də mövsüm sonunda serialdan ayrılacaq. Kümbetlioğlu obrazı ilə bağlı tənqidlərin olduğunu qeyd edərək, layihədə yer aldığı üçün məmnun olduğunu bildirib.
63-cü bölümdə yayımlanacaq mövsüm finalından sonra əgər yayım cədvəlində dəyişiklik olmazsa “Uzak Şehir” 25 may bazar ertəsi tətilə çıxacaq.
Qeyd edək ki, serialın hekayəsi Alya Alboranın ərinin ölümündən sonra Kanadadan Mardinə qayıtması və keçmişi ilə üzləşməsi ətrafında cərəyan edir. Serialda Alya və oğlu Cihanın münasibətləri, qayınana təzyiqi və Alya ilə Cihan arasındakı sevgi hekayəsi ön plana çıxır.
Mənsumə
Sfera.az