Məşhur müğənni Kalben son günlər sosial mediada onun haqqında edilən tənqidlər və şərhlərlə gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, bəzi istifadəçilər onu Şimali Koreya lideri Kim Çen İnla müqayisə edib ki, bu da izləyicilər arasında maraqlı müzakirələr yaradıb.


 


Kalben mövzu ilə bağlı verdiyi açıqlamada deyib:


 


“Mən çətin insan deyiləm, sadəcə çox ehtiraslıyam. İşimə ciddi yanaşıram və bu məni güclü göstərir”.


 


Sənətçi sözlərinə əlavə edib ki, işinə olan ciddi münasibət bəzən yanlış başa düşülə bilər. Oxşarlıqla bağlı suallara isə Kalben yumorla cavab verib:


 


“Kaş ki, o, mənə bir az da oxşasaydı – dünya daha yaxşı bir yer olardı”.


 


Bu cavab sosial mediada geniş rezonans doğurub, izləyicilər onun səmimiyyətini və yumorunu yüksək qiymətləndiriblər.


 


Mənsumə


Sfera.az