"Güclü Ermənistan" partiyasının lideri, tanınmış rusiyalı sahibkar Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı səs-küy yaradacaq iddia ilə çıxış edib.
Sfera.az bildirir ki, Karapetyan Baş naziri Çindən gətirilən hallüsinogen göbələklərdən asılılıqda ittiham edərək, xalqı onun sözlərinə əhəmiyyət verməməyə çağırıb.
Yerli kanallar vasitəsilə yayımlanan mətbuat konfransında çıxış edən partiya lideri Paşinyanın qeyri-adekvat davranışlarının səbəbini açıqlayıb:
"Sizə bir sirri açmaq istəyirəm ki, baş nazirin dediklərinə çox da fikir verməyəsiniz. Keçən il Çinə səfəri zamanı (30 avqust - 3 sentyabr) Paşinyan orada hallüsinasiya yaradan xüsusi göbələklərin bişirildiyi restoranlarda olub. O, həmin göbələkləri dadıb və çox bəyənib. Məndə olan məlumata görə, Paşinyan həmin göbələklərdən təxminən bir ton alaraq Ermənistana gətirdib".
Karapetyan iddia edib ki, baş nazir mühüm çıxışlarından əvvəl bu vasitələrdən istifadə edir:
"O, hökumət binasında jurnalistlərin suallarını cavablandırarkən və ya parlament tribunasından çıxış edərkən mütləq həmin göbələklərdən qəbul edir. Ona görə də onun dediklərini ciddiyə almaq lazım deyil".
Bəsti Rəfizadə
Sfera.az