Livanın cənubundakı Debel kəndində İsrail əsgərinin Məryəm Ananın heykəlinin ağzına siqaret qoyması geniş qəzəbə səbəb olub.


 


Sosial mediada yayılan qalmaqallı görüntülər sionist ordusuna qarşı reaksiyanı daha da gücləndirib.


 


Sfera.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN Debel kəndində çəkilən və əsgərin heykəlin ağzına siqaret qoyduğu anın fotoşəklini təsdiqləyib. Fotoda digər əsgərlərin bu hərəkəti çəkib sosial mediada paylaşdığı da görünür. Hadisə ilə bağlı açıqlama verən İsrail Baş Qərargah rəisi Eyal Zamir əsgərlərin xristian dini simvollarına qarşı hərəkətlərini “uyğunsuz davranış və ordunun dəyərlərindən yayınma” kimi qiymətləndirib.


 


Daha əvvəl 19 apreldə İsrail əsgəri Livanın cənubundakı Deyr Seryan şəhərində İsa Məsihin heykəlini çəkiclə sındırıb. İsrail ordusu həmin fotoşəklin həqiqiliyini təsdiqləyərək araşdırma açıldığını bildirib. Hər iki hadisə xristian dünyasında geniş qınağa səbəb olub. İsrail Baş naziri Binyamin Netanyahu üzr açıqlayaraq heykəli vandalizasiya edən və fotonu çəkən iki əsgərin döyüş vəzifəsindən uzaqlaşdırıldığını və 30 gün hərbi həbs cəzası aldığını bildirib.


 


Mənsumə


Sfera.az