Türkiyəli məşhur müğənni Ebru Gündeş yenidən şəxsi həyatı ilə gündəmə gəlib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, son günlər keçirdiyi üzgərmə əməliyyatı ilə diqqət çəkən sənətçi barədə bu dəfə yeni evlilik iddiaları yayılıb.


 


“Gel Konuşalım” verilişində Ebru Gündeşin beşinci dəfə ailə qurmağa hazırlaşdığı iddia olunub. Verilişin aparıcılarından Ece Erken canlı yayım zamanı “Bu, böyük bir şokdur” deyərək məsələ ilə bağlı maraqlı açıqlama verib.


 


O bildirib ki, yayılan məlumatı təsdiqlətmək üçün sənətçinin həkimi ilə də əlaqə saxlamağa çalışıb, lakin hələlik cavab ala bilməyib.Maqazin jurnalisti Mehmet Üstündağ isə iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Ebru Gündeşin yaxın çevrəsi müğənninin hazırda sevgilisinin belə olmadığını deyib. Qeyd edək ki, Ebru Gündeş ilk evliliyini 16 yaşında Hamdi Vardar ilə edib. Daha sonra Ömer Durak ilə qısa münasibət yaşayan sənətçinin ən çox müzakirə olunan evliliyi isə 2010-cu ildə Rza Zərrab (Rıza Sarraf) ilə olub. Bu nikahdan cütlüyün Alara adlı qızı dünyaya gəlib.Müğənni sonuncu dəfə 2024-cü ildə Dubayda Murat Osman Özdemir ilə ailə qurub. Lakin bu evlilik 2025-ci ildə keçirilən tək məhkəmə iclası ilə başa çatıb.


 


Fidan Hacızadə

Sfera.az