Lənkəran rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində qeydə alınıb. 


 


Belə ki, iki "Mercedes", "Toyota Prius" və "VAZ-2106" markalı nəqliyyat vasitələri toqquşub. 


 


Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 


 


Faktla bağlı araşdırma aparılır. Unikal.az