Buruq saçlar uzun illərdir gözəllik və fərdilik simvollarından biri hesab olunur.


 


Sfera.az xəbər verir ki, son aparılan bəzi araşdırmalar göstərir ki, bir çox kişi buruq saçlı qadınları düz saşlı qadınlara nəzərən daha cəlbedici hesab edir.


 


Tədqiqatçılar bildirirlər ki, buruq saçların əsas üstünlüklərindən biri onların saçlara daha çox həcm və təbii hərəkət verməsidir. Bu xüsusiyyətlər üz cizgilərini daha qabarıq göstərir və ümumi görünüşə vizual dinamika qatır.


 


Ekspertlərin fikrincə, məhz bu faktorlar insanların diqqətini daha tez cəlb edir.


 


Mütəxəssislər həmçinin qeyd edirlər ki, buruq saçlar çox vaxt fərdilik, özünəməxsusluq və ifadəlilik hissi ilə əlaqələndirilir. Bu isə insanın xarici görünüşünü daha yadda qalan edə bilir.


 


Bununla yanaşı, alimlər vurğulayırlar ki, cəlbedicilik anlayışı tamamilə fərdi zövqlərdən asılıdır. Yəni bəzi insanlar buruq saçları daha çox bəyənsə də, digərləri düz saçlara üstünlük verə bilər. azxeber.com