Fransa Prezidenti Emmanuel Makron Ermənistanı tərk edərkən Baş nazir Nikol Paşinyanla nadir vidalaşma anı yaşayıb. İki liderin dəfələrlə qucaqlaşması, bir-birinə ürək jestləri etməsi və öpüş göndərməsi sosial mediada geniş müzakirələrə səbəb olub.




Sfera.az xəbər verir ki, Avropa Siyasi Birliyi Sammiti çərçivəsində İrəvanda görüşən Makron və Paşinyanın yaxın münasibətləri diplomatik protokoldan kənara çıxan səhnələrlə diqqət çəkib.


 


Təyyarəyə minməzdən əvvəl Paşinyan Makronu bir neçə dəfə qucaqlayaraq yola salıb. Fransa Prezidenti də cavab olaraq həmkarına ürək jesti göstərib və öpüş göndərib.Sammit boyunca liderlər maraqlı anlarla yadda qalıblar. Paşinyan nağara çalarkən Makronun mahnı oxuması, onların İrəvan küçələrində gəzərək sakinlərlə ünsiyyət qurması sosial mediada sürətlə yayılıb. Makron öz sosial media hesabında Paşinyanla qucaqlaşdığı fotonu paylaşaraq “Fransa səni sevir” şərhini yazıb.Liderlərin bu qeyri-adi yaxınlığı sosial media istifadəçilərini iki yerə bölüb.


 


Bəziləri bu görüntüləri “diplomatiyada səmimi mesaj” kimi qiymətləndirsə də, digərləri iki lider arasındakı bu dərəcədə yaxınlığı müzakirə obyektinə çeviriblər.Göründüyü kimi, Makron və Paşinyanın sammitdəki səmimi anları Avropa-Ermənistan münasibətləri tarixində ən yadda qalan və nadir hadisələrdən biri kimi qeyd olunub.


 


Mənsumə

Sfera.az