Xəbər verdiyimiz kimi, İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib.


 


Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.


 


Mükafata layiq görülən Əməkdar artist Nicat Kazımov göstərdiyi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib:


 


"Mən ölkə başçısına həm öz adımdan, həm də mükafata layiq görülən bütün sənət dostlarım adından dərin təşəkkürümü bildirirəm. Ona görə ki, dövlət başçımızın bizi belə diqqət mərkəzində saxlaması, mükafatlandırması bizi daha da şövqlə işləməyə vadar edir. Qoy ölkəmizdə hər zaman əmin-əmanlıq, sülh və mehribanlıq olsun. Ali Baş Komandanımız var olsun!". Azxeber.com